Azərbaycan və Rusiya Xəzərlə bağlı məsləhətləşmələr apardı

XARİCİ SİYASƏT 28 apr 2022, 17:49
Rusiyanın Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda nümayəndə heyətinin başçısı Mixail Petrakovla Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov arasında ikitərəfli məsləhətləşmələr keçirilib.

Bu barədə Demokrat.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, məsləhətləşmələr zamanı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası ilə bağlı məsələlər, növbəti Xəzər Zirvə görüşünə hazırlıq, Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top