Rusiya Ukraynaya məxsus Mi-24 təyyarəsini vurdu

GÜNDƏM 27 apr 2022, 21:29
Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov  bildirib ki , Rusiya hava hücumundan müdafiə sistemləri gün ərzində Xarkov vilayətində Ukraynaya məxsus bir Mi-24 helikopterini və iki pilotsuz təyyarəni vurub.

Demokrat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İqor Konaşenkov əlavə edib ki, Rusiya hərbçiləri Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat zamanı 600-dən çox pilotsuz uçan aparatı, 141 təyyarə və 111 helikopteri məhv edib:

"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 141 təyyarə, 111 helikopter, 609 pilotsuz uçuş aparatı, 275 zenit-raket kompleksi məhv edilib. 2616 tank və digər zirehli döyüş maşını, 297 reaktiv yaylım atəşi sistemi, 1139 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2426 ədəd xüsusi təyinatlı hərbi texnika da məhv edilib".

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top