Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemləri gün ərzində Xarkov vilayətində Ukraynaya məxsus bir Mi-24 helikopterini və iki pilotsuz təyyarəni vurub.
Demokrat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İqor Konaşenkov əlavə edib ki, Rusiya hərbçiləri Ukraynadakeçirdiyi xüsusi hərbi əməliyyat zamanı600-dən çox pilotsuz uçan aparatı, 141 təyyarə və 111 helikopteri məhv edib:
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 141 təyyarə, 111 helikopter, 609 pilotsuz uçuş aparatı, 275 zenit-raket kompleksi məhv edilib.2616 tank və digər zirehli döyüş maşını, 297 reaktiv yaylım atəşi sistemi, 1139 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2426 ədəd xüsusi təyinatlı hərbi texnika da məhv edilib".
Leyla Demokrat.az


