Hərbi ekspert: “Putin bir daha dünyaya özünün yalançı, riyakar olduğunu sübut etdi”

GÜNDƏM 27 apr 2022, 14:50
“Dünən Putin özünün bir daha cinayətkar olmasını möhürlədi”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiya prezidenti Vladimir Putinin Buçada baş verənlərdə Rusiya ordusunun əli olmadığı fikirlərini şərh edərkən deyib. Ekspertin sözlərinə görə, Putin sadəcə çıxışı ilə özünün cinayətkar olduğunu bir daha təsdiqləmiş oldu: 



“Maraqlıdır, Putinin qarşısında körpə uşaq kimi oturan BMT-nin Baş katibi Antonio Quterreş nədən sual vermədi ki, Buçaya əsgərlər Afrikadan gəlmişdilər? Əlbəttə ki, orada döyüş əməliyyatlarını aparan Rusiya silahlı qüvvələri idi və Putin də bu ordunun Ali Baş Komandanı, rəhbəri idi. Ona görə də, Putin bir daha dünyaya özünün yalançı, riyakar olduğunu sübut etdi. Burada başqa bir şey yoxdur. Özümüzdən nəyisə icad edib, demirik. Təsəvvür edin ki, bu addım deyir ki, BMT qərarlarına hörmətlə yanaşıır. Bu necə olur? Fevral ayında döyüş əməliyyatları başlayanda  25 metrlik stolun qarşısında oturan Antoni Quterreş müraciət etmişdi ki, bu qanunsuzluğun qarşısını dərhal dayandırın. Amma Putin buna məhəl qoymadı. İndi bu fikirləri səsləndirməklə, Putin cinayətkar olduğunu açıq-aydın şəkildə bütün dünyada təsdiqləmiş oldu”.

Aynurə Pənahqızı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top