Qazaxıstan KİV və ictimaiyyət nümayəndələri Şuşada olublar — FOTO

QARABAĞ 26 apr 2022, 20:40
Qazaxıstan KİV və ictimaiyyət nümayəndələri bu gün Şuşa şəhərinə səfər ediblər.

Demokrat.az xəbər verir ki, bu  barədə Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Twitter" hesabından etdiyi paylaşımında bildirib:

"Səfər müddətində onlarla görüşərək Şuşa rayonunda gedən bərpa və yenidənqurma işləri barəsində məlumat verdim. Bundan əlavə, qonaqlar Şuşa şəhərində müxtəlif tarixi əhəmiyyətli yerləri ziyarət edərək işğal müddətində və işğaldan azad edildikdən sonra şəhərin ümumi vəziyyəti ilə tanış olublar" - o qeyd edib.



Leyla
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top