Quterreşdən Ərdoğana TƏŞƏKKÜR

GÜNDƏM 25 apr 2022, 21:18
Türkiyə Prezidenti Ərdoğan BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.

Demokrat.az
"TRT HABER"ə istinadən bildirir ki, görüşdə Rusiya-Ukrayna müharibəsi müzakirə edilib və Quterreş Ərdoğana göstərdiyi səylərə görə təşəkkür edib.

Görüşdə Rusiya-Ukrayna müharibəsi başda olmaqla, digər  regional inkişaflar dəyərləndirilib.

Ərdoğan təkcə döyüşən tərəflərə deyil, bütün dünyaya təsir edən bu böhrandan çıxmaq üçün ağlabatan və etibarlı diplomatik həllin tapılacağına inandığını bildirib.

Türkiyə Prezidenti Ukraynadan mülki əhalinin təxliyyəsi və bölgəyə humanitar yardımın çatdırılmasına töhfə verərək, humanitar böhranın aradan qaldırılması üçün BMT ilə yaxından işləməyə davam edəcəklərini bildirib. 

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top