Deputat: "Baydenin "soyqırımı" bəyanatı ikili standartlardan irəli gəlir"

GÜNDƏM 25 apr 2022, 18:59

"Co Baydenin qondarma "erməni soyqırımı" ifədəsini işlətməsi ABŞ-ın yürütdüyü siyasətə uyğun deyil".


Bunu e-huquq.az-a açıqlamasında millət vəkili Azər Badamov ABŞ Prezidentinin aprelin 24-də qondarma "erməni soyqırımı" ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu ifadənin işlədilməsi üçün mütləq şəkildə məhkəmənin qərarı olmalı və təsdiq edilməlidir: "Çünki ermənilərin bu "soyqırım"ı saxtadır və heç bir tarixi dəlil yoxdur. Türkiyə Prezidenti də dəfələrlə arxivlərlərin açılıb araşdırılması barədə Ermənistana səslənib. Lakin bu çağırışa Ermənistan tərəfindən cavab gəlmədi.

ABŞ kimi böyük bir dövlətin rəhbərinin də olmayan saxta bir ifadəni səsləndirməsi təbii ki, həm təəssüf doğurur, həm də qəbulolunmazdır. Yəni, bu Türkiyənin ABŞ-la münasibətlərinə kölgə gətirir. Çünki hər iki ölkə həm NATO-nun üzvüdür, həm də bir-birilə iqtisadi əməkdaşlıq edir, bir çox beynəlxalq arenada bir-birinin yanındadırlar".

Deputat qeyd edib ki, ABŞ Prezidentinin belə bir ifadə işlətməsi Türkiyə-Ermənistan arasında normallaşan münasibətlərə xələl gətirmək kimi də görünür:

"ABŞ fövqəl bir dövlət olaraq dünyada sabitliyi təmin edilməsinə töhfə verdiyini açıqlayırsa, bir tərəfdən də bu "soyqırımı" kimi qızıştırıcı ifadələr işlədirsə, bu o deməkdir ki, bu ölkənin siyasəti ikilistandartlar üzərində qurulub. Ermənistan özü də son vaxtlar ifadə edir ki, bütün saxta iddialardan əl çəkəcək və heç bir şərt olmadan münasibətləri qorumaq niyyətindədir. Yəni, Ermənistan belə bir rəsmi fikir yürüdəndə ABŞ Prezidentindən araqızıştırıcı "soyqırımı" ifadəsinin işlədilməsi təbii ki, heç də regionda sabitliyin yaradılmasına töhfə verən addım deyil". - deyə deputat A. Badamov qeyd edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top