ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Bakıya gəldi

GÜNDƏM 24 apr 2022, 21:23
ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer Bakıda səfərdədir.

Demokrat.az  xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

"24-29 aprel tarixlərində Bakıda səfərdə olacaq. ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferi salamlayırıq. ABŞ Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyini təşviq etmək üçün ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq etməyə sadiqdir", - qeyd olunub.

Şofer daha əvvəl Ermənistanda səfərdə olub.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top