Gündəm

Rusiya ordusu Dnepropetrovska raket zərbələri endirdi — FOTOLAR

Rusiya ordusu Dnepropetrovska raket zərbələri endirdi — FOTOLAR

Rusiya ordusu gecə saatlarında Dnepropetrovsk vilayətinin Pavloqradski rayonuna raket zərbəsi nəticəsində bir nəfər ölüb. Demokrat.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, raket zərbəsindən dəmir yolu infrastrukturu və sənaye obyekti vurulub.

Bu barədə Dnepropetrovsk Regional Dövlət Administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat verib. “Raket dəmiryolu infrastrukturuna düşüb. 48 yaşlı kişi dünyasını dəyişib.

Zərbədən sonra 8 bina dağılıb, dağıntılar altında üç avtomobil və bir yük maşını qalıb. Partlayış dalğası yaxınlıqdakı yaşayış binasının pəncərələrini sındırıb və qapıları bağlayıb. Daha iki raket sənaye müəssisəsinə düşüb” - deyə Rezniçenko bildirib.

Rusiya ordusu Dnepropetrovska raket zərbələri endirdi — FOTOLAR
Rusiya ordusu Dnepropetrovska raket zərbələri endirdi — FOTOLAR
Zamiq Demokrat.az

D
demokrat.az