Deputat: “Baş verənlər ermənilər üçün böyük bir zərbədir”

GÜNDƏM 23 apr 2022, 14:47
“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin  tarixi bir əhəmiyyəti var”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.  

“Bu gün biz öz torpaqlarımıza qayıtmışıq və orada xalqın rifahının yaxşılaşdırılması üçün istənilən addımları öz vəsaitimiz hesabını atırıq. Təbii ki, bu, ermənilər üçün bir şillədir. Xatırladım ki, ermənilər orada “Qondarma Qarabağ”ın qondarma parlamentini yerləşdirmək istəyirdilər, habelə Paşinyan Cıdır düzündə oynayırdı. İndi bu qurultay bütün dünya erməniləri üçün yeni bir dərs oldu. Dərs də ondan ibarətdir ki, biz öz doğma torpaqlarımıza qayıtmışıq və burada quruculuq, abadlıq işləri görürük”. 

Deputat bütün bunların ermənilər  üçün böyük zərbə olduğunu vurğuladı: “Əgər lazım olarsa, erməni faşizmə bir daha dərs verməyə hazırıq, “dəmir yumruq” isə yerindədir. Təbii ki, bütün baş verənlər  ermənilər üçün böyük bir zərbədir. Hesab edirəm ki, bu, onlar üçün ömürlük dərs olacaq”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top