Xocavənddə ermənilərin atıb-qaçdığı silah-sursat aşkarlandı — VİDEO

QARABAĞ 23 apr 2022, 11:54
Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə xeyli sayda silah-sursat aşkar edilib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Tapılan 5 avtomat, 3 qumbarataatan, 2 pulemyot, 1 tank əleyhinə idarə olunan raket sistemi, 1 tapança, 12 əl qumbarası və alışdırıcıları, 2358 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib. 

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top