Sərhəddə insident, bıçaqla müqavimət göstərdi — FOTOLAR

KRİMİNAL 23 apr 2022, 09:48
Dövlət Sərhəd Xidməti ölkəyə narkotik vasitələr gətirən şəxsləri saxlayıb. 

DSX-nin Mətbuat Mərkəzindən Demokrat.az-a verilən məlumata görə, aprel ayının 21-də saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara şəhəri ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Xəzər dənizinin sahilində "Opel Astra" markalı 99-RJ-503 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və içərisindən iki nəfərin düşərək sahibsiz yarımtikilidən 1 ədəd bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib. 

Ərazidən uzaqlaşmağa cəhd edən şəxslər sərhəd naryadı tərəfindən saxlanılıb, onların Bakı şəhər sakinləri 1994-cü il təvəllüdlü Albabayev Ramal İsrail oğlu və Bəxtiyarov Hüseyn Əlixan oğlu olmaları müəyyənləşdirilib. Saxlanılma zamanı R.Albabayev sərhədçilərə bıçaqla müqavimət göstərilməsinə baxmayaraq sərhədçi zabitlər peşəkarlıq nümayiş etdirərək cinayətkarı tərksilah etməyə nail olublar.
    
Nəqliyyat vasitəsini sərhədçilərin üzərinə sürərək hadisə yerindən uzaqlaşmağa cəhd göstərən avtomobilin sürücüsü həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Onun Bakı şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Sultan Qabil oğlu olması müəyyən edilib. Saxlanılmış şəxslərin üzərilərində aşkarlanmış bağlamaya baxış zamanı 3 bükümdən 7 kiloqram 755 qram “marixuana”ya bənzər narkotik vasitə götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.      





Məlik
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top