Hikmət Hacıyev: “Minsk qrupu özü-özünü sıradan çıxarmaq prosesindədir”

XARİCİ SİYASƏT 22 apr 2022, 17:23
"Minsk qrupu özü-özünü sıradan çıxarmaq prosesindədir. Minsk qrupunun özü tərəfindən də müxtəlif istiqamətlərdə və səpkidə açıqlamalar verilib ki, artıq bu üç dövlət özü bu və ya digər səbəblərə, xüsusilə də Ukraynada cərəyan edən hadisələr konteksində bir araya gəlməsi qeyri-mümkündür".

Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin ölkələrdən birinin rəsmisi tərəfindən bu, açıq şəkildə ifadə olunub: "Minsk qrupunun həmsədr ölkələri tərəfindən verilmiş açıqlamalarda da regiona göndərilən nümayəndələrin artıq həmsədr statusunda deyil, digər statuslar daşıdığı qeyd olunur".

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top