Makron liderlərlə Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək

GÜNDƏM 18 apr 2022, 23:54

Fransa prezidenti Emmanuel Makron Rusiyaya qarşı mümkün yeni sanksiyaları müzakirə etmək üçün ABŞ prezidenti Co Bayden və bir sıra digər Qərb liderləri ilə telefonla danışacaq.

O bu barədə “France 5” telekanalının efirində bildirib.

“Sabah axşam prezident Bayden və digər Avropa liderləri ilə söhbətim olacaq, biz Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəyik”, - Makron bildirib.

Rusiyadan təbii qaz tədarükünə mümkün məhdudiyyətlər barədə sualı cavablandıran Makron deyib: “Rusiyadan birbaşa Fransaya gedəcək bir boru xətti yoxdur. Digər ölkələr bu tədarüklərdən asılıdır”.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top