Türkiyə və Ukraynanın müdafiə nazirləri Ukraynanı müzakirə ediblər

GÜNDƏM 16 aprel 2022, 20:46

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikov ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti öz "Twitter" səhifəsində yazıb.

H.Akar Ukraynadakı döyüş bölgələrindən quru və dəniz yolu ilə Türkiyə vətəndaşları da daxil olmaqla mülki şəxslərin təxliyyəsinin təcili olduğunu vurğulayıb.

Türkiyə Müdafiə Nazirliyinin rəhbəri dərhal atəşkəs elan edilməsinin vacibliyini də qeyd edib.

Bundan əlavə, nazir Ukrayna limanlarında yerləşən türk ticarət gəmilərinin təhlükəsiz geri qayıtmasının vacibliyini qeyd edib.

Hulusi Akar bildirib ki, Ankara bundan sonra da Ukrayna xalqına hər cür humanitar yardım göstərməyə hazırdır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top