Sənan Qurbanov istefa verdi

İDMAN 15 apr 2022, 23:11

Azərbaycan Premyer Liqasında növbəti baş məşqçi istefası reallaşıb.

Apasport.az saytının məlumatına görə, “Şamaxı”nın çalışdırıcısı Sənan Qurbanov vəzifəsindən istefa verib.

Buna səbəb komandanın XXIII turda “Qarabağ”a böyükhesablı məğlubiyyəti olub. “Azersun Arena”dakı görüşdə 0:8 hesablı yenilginin ardından 42 yaşlı mütəxəssis mətbuat konfransında istefa verdiyini açıqlayıb: "Belə məğlubiyyətdən sonra nəsə danışmaq çətindir. Oyuna ciddi itkilərlə çıxmışdıq. Acı məğlubiyyətdir. Rəhbərliklə indi danışdıq, ayrılmağa qərar verdim. Bu klubla ölkə kubokunu qazanmışam, yaxşı günlərimiz olub. Amma belə acı məğlubiyyətdən sonra qalmağım düzgün deyil. Qalan turlarda "Şamaxı"ya uğurlar arzulayıram".

- Düşünmürsüz ki, bu məğlubiyyət sizin getməyiniz üçündür?

- Futboldur, bilmirəm. İsti başla nəyisə müzakirə etmək istəmirəm. Futbolçular meydançada mübarizə aparmadılar.

Bunu qəbul edə bilmirəm. Rəhbərliklə danışdıq, klubdan getməyim məsləhət oldu.

- "Neftçi" ilə oyunda meydanda mübariz "Şamaxı" var idi. Niyə bu acı yenilgi "Qarabağ"la matça təsadüf etdi?

- Geniş heyətimiz yox idi, meydana itkilərlə çıxmışdıq. "Qarabağ"a qarşı belə mübarizə aparanda da acı məğlubiyyətlə qarşılaşırsan. "Qarabağ", onsuz da, güclüdür. Ancaq belə məğlubiyyət qəbulolunmazdır.Qeyd edək ki, “Şamaxı” 23 turdan sonra 20 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top