Bu yollarda hərəkət məhdudlaşdırılacaq

SOSİAL 15 apr 2022, 19:13

Sabah saat 9:00-dan, 17 aprel saat 20:00-dək Azadlıq prospektində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən prospektin Sahib Zeynalov küçəsi ilə kəsişməsindən, Şamil Əzizbəyov küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  verilən məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.​

Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top