Alı Alıyev Şükürbəylidə vətəndaşlarla görüş keçirdi — FOTOLAR

SOSİAL 15 apr 2022, 11:32
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Şükürbəyli kəndində səyyar-qəbul görüşü keçirib. 

Demokrat.az xəbər verir ki, görüşdə rayonun idarə, müəssisə və təşkilatlarınn, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Səyyar qəbulda çıxış edən A. Alıyev bildirib ki, 1000-dən artıq əhalinin yaşadığı Şükürbəyli kəndində işıq, su, qaz, yol ilə bağlı sosial qayğılar tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün növ imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1550 nəfərə hər ay 93 000 manat vahid aylıq müavinət ödənilir, 4 ailəyə ünvanlı sosial yardım təyin edilib, 2 ailə isə özünüməşğulluq proqramına cəlb olunub.

Şükürbəyli kəndində 11 şəhid ailəsi, 7 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 99 nəfər yaşa görə, 64 nəfər əlilliyə görə, 13 nəfər ailə başçısını itirməyə görə pensiya və müavinətlər alırlar. Kənd sakinlərindən 200 nəfərə yaxını müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyir, 421 nəfər fərdi əməklə məşğul olur.

Səyyar qəbulda ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər RİH başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin  həll edilməsi üçün aidiyyəti təşkilatlara tapşırıq və göstəriş verilib.

Kənd sakinlərinin istifadə etdikləri 20 ha torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün suvarma arxının fəaliyyətinin bərpa olunması və 1 ədəd subartezian quyusunun qazılması barədə müraciətləri nəzarətə götürülüb.

 







Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top