Hərbi Prokurorluqdan DSX Akademiyasının kursantının ölümü ilə bağlı AÇIQLAMA

GÜNDƏM 13 apr 2022, 18:26

Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının kursantının ölümü ilə bağlı məlumat yayıb.

Hərbi Prokurorluqdan Demokrat.az-a  daxilan olan məlumatda deyilir:

"Daxil olan məlum məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər zəruri hərəkətlər icra edilib.

Fakt üzrə Bakı Hərbi Prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq"

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top