Külək nə vaxta kimi davam edəcək? — RƏSMİ AÇIQLAMA

SOSİAL 12 apr 2022, 21:53
Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Demokrat.az xəbər verir ki, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi güclənib.

Bu, Milli Hidrometeorologiya Xidmətinin aprelin 12-si saat 21:00-a olan məlumatında qeyd edilib.

Küləyin sürəti Ağdamda arabir 38 m/s,  Bərdə və Tərtərdə 36 m/s, Ağdamda 34 m/s, Gəncədə 33 m/s, Naftalanda 32 m/s, Bərdə, Tovuz, Daşkəsəndə 28 m/s, Kəlvəzdə 25 m/s, Zərdab, Ağstafa,  Şəmkir, Gədəbəydə 24 m/s, Balakəndə 21 m/s - dək güclənib, digər rayonlarda isə 15-20 m/s arasında gücləndiyi müşahidə edilir.

Ölkə ərazisində güclü küləkli hava şəraitinin aprelin 13-ü axşamadək davam edəcəyi gözlənilir.

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top