Avropada qazın qiyməti aşağı düşdü

SƏNAYE VƏ ENERGETİKA 11 apr 2022, 23:05
Avropada qazın qiyməti min kubmetr üçün 1150 dollardan aşağı düşüb.

Demokrat.az xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, bazar ertəsi Avropada qaz fyuçerslərinin dəyəri 2 faiz ucuşlaşaraq min kubmetr üçün 1150 dollardan aşağı düşüb.

Hərracların açılışında qazın may fyuçerslərinin qiyməti 1151 dollar olub və ilk saatda 1778 dollar səviyyəsinə yüksəlib.

Ümumilikdə, gün ərzində kotirovkalar sabit dinamika nümayiş olunub. Bağlanışa kimi qiymət cümə gününün nəticələri ilə müqayisədə 2,3% ucuzlaşaraq 1142 dollar səviyyəsində qərarlaşıb.

Avropada qazın qiyməti fevralın sonundan etibarən güclü volatillik nümayiş etdirsə də ötən həftə ərzində 1100-1200 dollar olub./APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top