Bu qurumların Çağrı Mərkəzləri işləmir

SOSİAL 11 apr 2022, 15:11

MTM (Media Təhlil Mərkəzi) dövlət və özəl qurumların Çağrı Mərkəzlərinin fəaliyyət indeksini müəyyənləşdirmək üçün sorğu keçirib.

Demokrat.az xəbər verir ki, bir ay müddətində telefon vasitəsilə həyata keçirilən sorğuda Çağrı Mərkəzlərinin xidmət operativliyi, vətəndaşlarla danışıq səviyyəsi, suallara verilən cavablar və problemlərin həllinə obyektiv, düzgün yanaşma meyarları əsas götürülüb.

Yuxarıdakı meyarlar nəzərə alınmaqla qurumların Çağrı Mərkəzlərinin fəaliyyəti 10 ballıq şkala üzrə 4 səviyyədə qiymətləndirilib.

Sorğuda ən yüksək balı Daxili İşlər, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Energetika, Xarici İşlər, İqtisadiyyat, Təhsil və digər nazirliklər, eləcə də Baş Prokurorluq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi alıb. Belə ki, bu qurumların fəaliyyəti onballıq şkala üzrə 9-10 balla qiymətləndirilib. Bildirilir ki, qurumlar zənglərə operativ cavab verir və zərurət olduqda isə müraciətlər (problemlər) nəzarətə götürülür.

Sorğuda dörd qurumun Çağrı Mərkəzinin fəaliyyətinə isə ən aşağı bal (0-2) verilib. Bunlar Müdafiə Nazirliyi (Xətt daim məşğuldur və çalışmır),  Müdafiə Sənayesi Nazirliyi (Nazirliyin əlaqə nömrələri işləmir), "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC (ASC-yə məxsus əlaqə nömrələri fəaliyyət göstərmir), Ombudsman (Çağrı Mərkəzinin nömrəsi işləmir) və Mədəniyyət Nazirliyidir (Qaynar xətt xidməti fəaliyyət göstərmir).

Sorğunun nəticələri ilə daha ətraflı bu linkdən tanış ola bilərsiniz.

Demokrat.az
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top