Tələbələrin marşrut problemi necə həll olunacaq?

SOSİAL 11 apr 2022, 14:41

Sosial şəbəkələrdə Bakı Mühəndislik Universitetinin bir qrup tələbəsi marşrutla bağlı problem yaşadıqlarını bildiriblər.

Belə ki, onlar universitetin qarşısındakı dayanacağın yığışdırılacağını qeyd ediblər. Tələbələrin sözlərinə görə, bu günə kimi universitetin qarşısından cəmi 2 avtobus keçirdi, lakin bundan sonra ünvana çatmaq üçün uzun məsafəni piyada qət etməli olacaqlar. Onlar magistral yolun kənarı ilə piyada getməyin çox böyük təhlükə olduğunu, həmçinin tələbə olduqlarından hər dəfə taksidən istifadə edə bilməyəcəklərini vurğulayıblar.

“Qafqazinfo” məsələ ilə bağlı BMU-nun Mətbuat xidməti ilə əlaqə saxlayıb. Ali təhsil müəssisəsindən bildirilib ki, problem qısa zamanda həllini tapacaq:

“Bu, şirkətlə bağlı problemdir. Biz də universitet olaraq şirkətə müraciət etmişik və problemin qısa zaman kəsiyində aradan qaldırılmasına çalışırıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top