Ana olan 16 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA

GÜNDƏM 11 apr 2022, 12:34

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncə şəhərində yeniyetmə qızın ana olması ilə bağlı məlumatlara münasibət bildirib.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, 16 yaşlı qızın ana olması ilə bağlı məlumat araşdırılıb:

"Təəssüf ki, fakt öz təsdiqini tapdı. Erkən nikah və onun fəsadları barədə kifayət qədər maarifləndirici tədbirlər görülsə də, görünür hələ də bu kimi məsələlərə etinasız yanaşanlar var. Dövlət Komitəsinə daxil olan məlumata görə, yetkinlik yaşına çatmayan qız xəstəxanaya aparılarkən ağır vəziyyətdə olduğuna görə həyatı təhlükə altında olub".

T.Mərdanoğlu bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalar aparılır və məsələyə hüquqi qiymət veriləcək./report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top