Ukrayna üçün "BELARUS TƏHLÜKƏSİ" — MN açıqlama yaydı

GÜNDƏM 07 apr 2022, 19:02
"Belarus silahlı qüvvələrinin Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinə cəlb edilməsi təhlükəsi qalmaqdadır".

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik brifinqdə məlumat verib.

"Volın istiqamətində Belarus Respublikası Silahlı Qüvvələrinin Ukraynaya qarşı silahlı təcavüzə cəlb olunması ehtimalı hələ də qalmaqdadır”.

O bildirib ki, Ukrayna-Belarus sərhədində  Ukrayna bölmələri növbətçiliyini davam etdirir. Xüsusilə, körpülər, keçidlər, dəmir yolu xətləri gücləndirilmiş mühafizədədir,  atıcı silahlardan və hərbi texnikadan atəş açmaq üçün mövqelər təchiz edilib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top