Liderlər arasında üçtərəfli görüş başa çatdı — YENİLƏNİB — FOTO (VİDEO)

GÜNDƏM 07 apr 2022, 01:30


Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü başa çatıb.

Demokrat.az
xəbər verir ki, görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb. Görüş 4 saatdan artıq davam edib. 

***06.04.2022 23:56

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüş davam edir.

Demokrat.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən görüş yerli vaxtla 19:00-da başlayıb.

Qeyd edək ki, görüş Azərbaycan və Ermənistan arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək üçün təşkil edilib.


***21:18

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüş başlayıb.

Demokrat.az-ın xəbərinə görə, görüş işçi nahar formasında davam edəcək.




 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top