Ramiz Mehdiyevin sabiq köməkçisi işdən çıxarılıb? — YENİLƏNİB

GÜNDƏM 05 apr 2022, 15:52
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Katibliyinin rəisi Eldar Əmirov işinin başındadır.

Demokrat.az
xəbər verir ki, o, hazırda vəzifəsini icra edir.

Eyni zamanda, E.Əmirov Şərqşünaslıq İnstitutunda elmi işçi kimi çalışır.(oxu.az)

***14:05

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Katibliyinin rəisi Eldar Əmirov tutduğu vəzifədən azad edilib.


Demokrat.az xəbər verir ki, Eldar Əmirov Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda işə götürülüb.

Qeyd edək ki, Eldar Əmirov həm də AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin qeyri-rəsmi köməkçisi vəzifəsini tutub. Ramiz Mehdiyev AMEA-nın prezidenti postundan istefa verdikdən sonra Eldar Əmirov polisə müqavimətdə ittiham olunaraq saxlanılmışdı.

Məhkəmənin qərarı ilə 30 sutka həbs cəzası alan Eldar Əmirov bir neçə gün əvvəl azadlığa çıxıb.

Onu da qeyd edək ki, Eldar Əmirov Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə də Ramiz Mehdiyevin köməkçisi olub.(lent.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top