Hacı Qalib: “Məhkəmədə işə nəzarət edən hakim Rəsul Quliyevin tərəfini tutur”

GÜNDƏM 05 apr 2022, 13:55
“Açıq-aşkardır ki, hazırda məhkəmədə işə nəzarət edən hakim Təranə Əsədova Rəsul Quliyevin tərəfini tutur, bunu qətiyyən gizlətmir. Fikrimcə, hakim qərar çıxarmazdan əvvəl bu məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsindən də mütəxəssis dəvət etməli, daha sonra qərar verməlidir. Lakin bu məhkəmə icraçıları mütəxəssis dəvət etmirlər. Çox yaxşı bilirlər ki, mütəxəssis dəvət olunsa, vəziyyət mənim xeyrimə dəyişəcək. Ona görə də yoldan keçən bir uşağın sözü ilə polisi də gətirib qoyublar qapının ağzına, qeydiyyatda olduğum evimə artıq 8 aydır ki gedə bilmirəm”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Qalib Salahzadə vətəndaş Rəsul Quliyevlə hələ də davam edən əmlak davası ilə bağlı danışarkən deyib.

Hacı Qalib Salahzadə bildirib ki, bütün bunlar sifariş əsasında həyata keçirilir: “Cürbəcür variantlarla məhkəmə prosesini uzadırlar. Əslində isə, bu məsələ "2x2 qədər" asandır. Burada 8 evim var. Hakim deyir ki, Hacı Qalib bu evlərdə yaşayır?! Sənin atan, anan harada yaşayıb ki, sən indi Hacı Qalibi güdürsən ki, o, hansı evdə yaşayır?! Bu iş artıq 6-cı hakimdədir. İki ay biri baxır, sonra verirlər başqasına, yenə uyğun gəlmir, dəyişirlər. Yəqin, hakim araşdıranda aydın olur ki, qanun pozuntusu var, ona görə də uzaqlaşır. İstənilən halda, bu işlərə Sabunçu rayon məhkəməsinin sədri İlqar Abbasov rəhbərlik edir. Digər hakimlərin hamısı boş söhbətdir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top