Bu gün neçə nəfər peyvənd olundu?

SOSİAL 04 apr 2022, 17:20
Azərbaycanda son sutkada koronavirus əleyhinə 3 vaksin vurulub.

Bu barədə Demokrat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunan olmayıb, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunan olmayıb.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 491 580, birinci doza peyvəndlərin ümumi sayı 5 327 175, ikinci doza vaksinlərin sayı 4 827 903 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 106 036, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 230 466 olub.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top