Ermənistan Azərbaycana 100 nəfərə aid olması ehtimal edilən meyit qalıqları verdi

QARABAĞ 04 apr 2022, 16:44
“Birinci Qarabağ müharibəsi ilə əlaqədar Ermənistan tərəfindən 100 nəfərə aid olması ehtimal edilən meyit qalıqları verilib”.

Demokrat.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsində itkin düşmüş 60 nəfərə aid olması ehtimal edilən meyit qalıqları müvafiq qurumların əməkdaşları tərəfindən aşkar edilib.

İ.Axundov bildirib ki, həmin meyit qalıqları Səhiyyə Nazirliyinin Pataloji Anatomiya Birliyinə verilib.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top