Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılır. Bu barədə Şuranın açıqlamasında bildirilib. Görüşün əyani, yaxud da videokonfrans vasitəsilə baş tutacağı barədə məlumat verilməyib.
Brüssel görüşündən gözləntilərlə bağlı Demokrat.az-a danışan VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli vurğulayıb ki, İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti çox ağrılı oldu:

“Bu məğlubiyyət ermənilərin otuz il ərzində şişirdikləri “yenilməz ordu”, “cəsarətli əsgər və komandirlər” haqqında miflərini məhv etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə darmadağın oldu və onlar digər əraziləri boşaltmağa imza atdılar. Məhz buna görə də bu gün erməni separatçıları ölkədə revanşizm əhval-ruhiyyəsini yaşatmaq ümidilə ara-sıra təxribatlara gedirlər. Brüssel görüşü ərəfəsində Ermənistan baş naziri Paşinyanın "Dağlıq Qarabağ müdafiə qüvvələri" ifadəsi işlətməsi onu göstərir ki, Brüsseldəki görüşdə hər hansı nəticəyə ümid etmək olmaz”.
Aynurə Pənahqızı
Demokrat.az