Xarici siyasət

İtaliyanın XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Luici Di Mayo Azərbaycana səfər edəcək.

Demokrat.az xəbər verir ki, səfər çərçivəsində italiyalı nazir aprelin 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Tərəflər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, həmçinin aktual regional məsələləri müzakirə edəcəklər.

Məlik Demokrat.az

D
demokrat.az