Bu gün neçə nəfər peyvənd olundu?

SOSİAL 30 mar 2022, 17:10
Azərbaycanda son sutkada koronavirus əleyhinə 16 678 vaksin vurulub.

Bu barədə Demokrat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 965, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 874, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 304, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 735 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 441 710, birinci doza peyvəndlərin ümumi sayı 5 323 392, ikinci doza vaksinlərin sayı 4 823 150 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 067 193, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 227 975 olub.



Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top