Deputat: “Şuşa öz köhnə ruhuna qayıdıb”

GÜNDƏM 29 mar 2022, 12:24
“Azərbaycan 2020-ci ildə öz torpaqlarını işğaldan azad etdikdən sonra möhtərəm Prezidentin xalqa etdiyi müraciətlərin birində “Şuşa sən azadsan! Biz səni dirçəldəcəyik!” fikirləri, sonrakı dövrdə isə bu ilin “Şuşa ili” elan olunması Azərbaycan tarixində ən yadda qalan hadisələrdən biri oldu”. 

Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Mahir Abbaszadə bildirib.

Onun sözlərinə görə, biz nəzərə alsaq ki, bu il Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoymasından 270 ill ötür, Şuşa Prezident tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan olunması mühim tarixi rol oynayır. Eyni zamanda bütün bu tədbirlər sayəsində Şuşa şəhəri öz köhnə ruhuna qayıdıb. 



Bu il çərçivəsində “Xarıbülbül” festivalının, "Vaqif poeziya günləri"nin keçirilməsi də mühim rol oynayır. Eyni zamanda BMT ilə yaradılmış diplomatik münasibətlərin 30 illiyi ilə də bağlı tədbir keçirilib. Burada BMT-nin bayrağı qaldırılıb. Bütün bunlar Azərbaycan dövlətinin “Şuşa ili” ilə bağlıdır. Eyni zamanda bu il həm də Qarabağın, Şuşanın quruculuq proseslərində yadda qalan illərdən olacaq. Çünki cənab Ptrezidentin çıxışlarından da məlum olur ki, bu il məcburi köçkünlər 30 ildən sonra öz doğma torpaqlarına qayıdacaqlar.

Digər bir tətəfdən bu ilin “Şuşa ili” elan etməklə Şuşanı qurub, yaratmaqla həm də dünyaya sanki bir mesaj veririk. Şuşa tarixi sahiblərində olduqda inkişaf etdirilir, yenidən qururulur. Erməni barbarları bu şəhərdə daşı-daş üstünə qoymayıblar, buranı bütünlüklə darmadağın ediblər. Cənab Prezidentin də qeyd etdiyi kimi Şuşanı azərbaycanlılarsız şəhər etmək istəsələr də, buna heç cürə nail ola bilməyiblər. Bu nöqteyi nəzərədən bu il hesab edirəm ki, həm tarixi, həm mədəni, siyasi nöqteyi-nəzərdən ən gözəl səhifələrindən biridir. Düşünürəm ki, keçirilən bütün tədbirlər Şuşanın inkişafında böyük rol oynayacaq”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top