Deputatdan şok açıqlama: "Avropa Parlamenti, get s..."

SOSİAL MEDİA 13 mar 2022, 11:09
Avropa Parlamentinin bizim əleyhimizə səs verən, guya biz ermənilərin Qarabağda tarixi abidələrini və məbədlərini dağıdırıq, deputatların bir sürüsünü, (köpək sürüsü, eşşək ilxısı) bir «KAMAZ»a yığıb gətirməliyik Qarabağa. Öncə Ağdamda və digər işğal ərazilərində törətdikləri vəhşilikləri göstərməliyik. Nə bir tarixi abidəmiz qalıb, nə də bir müqəddəs məbədimiz. Hətta qəbiristanlığımızdakı ölülərin nəşlərini də çıxarıblar, hara atıblar xəbərimiz yoxdu və qəbiristanlıqlarımızda taxıl əkiblər.
 
Bizim əleyhimizə səs verən deputatların bir sürüsünü yığıb gətirib əvvəl onların elədiyi vəhşilikləri göstərməliyik , sonra aparmalıyıq sülhməramlıların nəzarəti altında olan (əslində heç bir nəzarət yoxdur, hər gün ordan ermənilər bizim postları atəşə tuturlar) ərazilərə , görsünlər biz bir dənə (əslində ermənilərə mənsub olmayan və yaxud ermənilər bu ərazilərə köçürüldükdən sonra tikdikləri) məbəd və tarixi abidələrə bir ziyan vurmuşuq, yoxsa yox.
 
Təbii ki, tapa bilməyəcəklər.
 
Amma bu çoxüzlü Avropa Parlamentinin deputatları ermənilərin dağıtdıqları Azərbaycanın tarixi abidələrini və məbədlərini erməni adı ilə dünyaya sırıya bilərlər.
 
Buna görə də biz sübut etməliyik ki, Qarabağda dağıdılan tarixi abidələr, məbədlər bizə aiddir. Əlimizdə faktlar var. Düzdür, bu faktlar onların filan yerinə də deyil. Amma biz bu faktları onların gözünə soxa bilərik.
 
Adamı yandıran nədir? Adımı sənə qoyum, səni yana-yana qoyum. İndi Avropa Parlamenti ermənilərin etdiklərinin adını bizə qoyur, bizi yana-yana qoyur. Doğrudanmı, bu parlamentdə bizim lehimizə səs verən 2 nəfərdən başqa, ağlı başında olan adam yoxdur?
 
Hətta Bakıda erməni kilsəsinin olduğundan xəbərsizdilər. Və yaxud Dədəvəngdəki (əslində monastrın və ya kilsənin erməni xalqına dəxli yoxdur) kilsəni həmin Avropa Parlamentinin həmin bizim əleyhimizə səs verən deputatlarının gözünə (ayrı cür də oxuya bilərsiniz) soxa bilərik ki, biz Qarabağ ərazisində sülhməramlıların nəzarətində olan abidələrimizi ziyarət edə bilmirik, amma ermənilər istədikləri vaxt Kəlbəcərdə özlərinə aid etdikləri məbədi ziyarət edə bilərlər.
 
Mən Avropa Parlamentinin üzvü deyiləm. Bu pisdir, ya yaxşıdır, onu da bilmirəm. Amma bu Parlamentin üzvü olsaydım, yəqin ki, qalxıb orda bütün qarabağlılar kimi əsəbi və hətta söyüşlə danışa bilərdim. Görünür, elə ona görə bu Parlamentin üzvü deyiləm.
 
Bu Parlamentin üzvü olsaydım bizim əleyhimizə səs verənləri bir «KAMAZ»a doldurub gətirərdim Azərbaycana ki, gözləri ilə görsünlər. Buna Qarabağda deyirlər ki, gözü ilə görən it uşağı.
 
Bizim xarici siyasət idarəmiz Avropadan deputatları və ya nümayəndələri dəvət edib Azərbaycana, gəlirlər gözləri ilə görürlər (gözüylə görən, uçastkovı, özün başa düşdün də), amma burda bir cür, gedəndən sonra başqa cür danışırlar.
 
Bizim də gücümüz çatmır ki, onları bir yerə yığıb ağızlarına təpiklə döyək ki, ay nemes uşağı nemes, Allahınız yoxdu, bunu bildik, bəs kişiliyiniz də yoxdu?
 
Təbii ki, Allahsız adamın kişiliyi də olmur.
 
Avropa Parlamenti, get s… . Yəni sağ ol.

Milli Məclisin deputatı
Aqil Abbas

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top