Natiq Məmmədli: “Media haqqında” Qanunun əsas məqsədi media subyektlərinin rəqabətə davamlılığını artırmaq idi”

GÜNDƏM 02 mart 2022, 18:02
“Media haqqında” Qanunun qəbul olunmasının əsas məqsədi Azərbaycanın media subyektlərinin beynəlxalq və yerli rəqabətə davamlılığını artırmaq, onların bir biznes modeli kimi formalaşmasını, öz ayağı üstündə dayanmasını prosesini sürətləndirməkdən ibarət idi.

Demokrat.az xəbər verir ki,  bunu MEDİA Agentliyinin şöbə müdiri Natiq Məmmədli  AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” verilişində qonaq olarkən deyib.  O qeyd edib ki, digər tərəfdən qanun Azərbaycan jurnalistinin nüfuzunun qaldırılmasına hesablanmış konkret maddələri özündə əks etdirir: 

“Bütün bu komplekslərin hamısı “Media haqqında” qanunun Azərbaycanın yeni media mühitinə nə kimi müsbət impluslar verdiyinin bariz nümunəsidir”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top