İstanbul aeroportundan uçuşlar bərpa edilir

REGİON 25 yan 2022, 21:20
Türk Hava Yolları bir müddət öncə güclü qar səbəbindən fəaliyyəti dayandırılan İstanbul Hava Limanından uçuşlar həyata keçirməyə başlayıb.

Bu barədə şirkətin baş direktoru Bilal Ekşi bildirib.

“İstanbul hava limanından tədricən uçuşlar həyata keçirməyə başladıq”, - deyə o, özünün “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, meteoroloqların proqnozlarına görə, əlverişsiz hava şəraiti daha bir neçə gün də davam edə bilər. Yağıntının intensivliyinin cümə gününədək azalması gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top