Armen Sarkisyanla bağlı məlumatlar nəşr MTX-ya göndərilib

REGİON 25 yan 2022, 19:58
Ermənistan Baş Prokurorluğu Hetq.am nəşrinin Armen Sarkisyanın Ermənistan prezidenti seçilməzdən əvvəl Karib hövzəsindəki kiçik Sent Kitts və Nevis adalarının  vətəndaşlığına malik olması barədə məlumatı Milli Təhlükəsizlik Xidmətinə göndərib.
 
Bu barədə məlumatı 1lurer.am saytına baş prokurorun müşaviri Qor Abramyan verib.
 
Onun sözlərinə görə,  Armen Sarkisyanın 2021-ci ilin aprelində ikili vətəndaşlığını gizlətməsi, sənədlərin saxtalaşdırılması ilə bağlı cinayət işi başlanması nəzərə alınaraq bu məqalə də Milli Təhlükəsizlik Xidmətinə göndərilib. Məqalə bu işin bir hissəsi kimi yoxlanılacaq.
 
Xatırladaq ki, bir gün əvvəl Hetq.am saytı Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinə (OCCRP) istinadən Armen Sarkisyanın Karib dənizində yerləşən kiçik bir ölkənin - Sent Kitts və Nevisin vətəndaşı olduğu barədə məqalə dərc etmişdi.
 
“Bizdə məlumat var idi ki, prezidentin Sent Kitts və Nevis pasportu var və bu, onunla yazışmalar zamanı təsdiqlənib. İndiki mərhələdə aparılan araşdırmanın təfərrüatlarını təqdim edə bilmərik, çünki o, transsərhəd sənəddir və hələ tamamlanmayıb”, – deyə Hetq.am bildirib.
 
Məqalədə qeyd edildiyi kimi, Armen Sarkisyan Sent Kitts və Nevis vətəndaşlığından imtina ilə bağlı rəsmi prosesə 2018-ci ilin martında prezident seçilməzdən bir müddət əvvəl başlayıb.
 
“Belə olan halda, Ermənistan Konstitusiyasına görə, o, prezident seçilə bilməzdi, bu isə o deməkdir ki, Sarkisyanın imzaladığı bütün fərmanlar, o cümlədən məmurların, seçkilərin, hətta baş nazirin təyinatı ilə bağlı sərəncamlar qanunsuzdur.
 
Armen Sarkisyan isə investisiyaların həyata keçirilməsinə qarşı əldə etdiyi vətəndaşlığın dondurulmasını xahiş etdiyi andan özünün Sent Kitts və Nevis vətəndaşı olmadığını hesab edir.
 
Prezident, görünür, Ermənistana qayıtmayacaq, çünki o, saxta sənədə görə cinayət məsuliyyətinə cəlb oluna bilər”, - deyə qəzet qeyd edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top