“Sezen Aksunun mahnısı son günlər müzakirələrə səbəb olub. Səmavi dinlərdə, eləcə də İslamda Adəm və Həvva ilk insan olmaqla yanaşı, Adəm həm də peyğəmbərdir. Yəni, onlar həm də dini şəxsiyyət hesab edilirlər. Bu gün dindar və ayrı-ayrı insanlar tərəfindən məsələyə həssas münasibət bildirilməsinin kökündə mahnıda Adəm və Həvva ilə bağlı səsləndirilən fikirlərdir. Mahnıda işlədilən “cahil” ifadəsi müsəlmanlar tərəfindən birmənalı qarşılanmayıb”.
Bu fikirləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Deputat qeyd edib ki, bu, İslam dəyərlərinə hörmətsiz münasibət hesab edilir: “Bu kimi hallar ilk dəfə baş vermir. Hesab edirəm ki, belə mahnılar yazılarkən, filmlər çəkilərkən dini ekspertlərlə məsləhətləşmələr aparılmalıdır. Təcrübə göstərir ki, bir sıra hallarda ifadələr düzgün seçilməyəndə məna dəyişikliyi baş verir və ciddi narazılığa səbəb olur. Ona görə də dinlə bağlı fikir yürüdərkən hər kəs nəzərə almalıdır ki, sonrakı dövrdə məsələ hər kəs tərəfindən birmənalı qarşılanmaya bilər. Adəm və Həvva Quranda adları keçən şəxsiyyətlər kimi, İslam inancına görə, ilk yaradılan insanlar olduqlarına görə onlar barədə “cahil” ifadəsinin səsləndirilməsi narazılığa, fikir ayrılığına gətirib çıxarıb. Hər kəsin maksimum diqqətli olması məqsədəuyğundur. Əks halda, polemikalar qaçılmazdır”.
Demokrat.az