Zaurdan üzücü xəbər — Günay efirdə ağladı (VİDEO)

ŞOU-BİZNES 24 yan 2022, 23:11
Tanınmış aparıcı Zaur Baxşəliyev koronavirusa yoluxub.

Demokrat.az xəbər verir ki, bu gün Zaurun əvəzinə "Bizimləsən" verilişində xanımı Günay aparıcılıq edib. Bundan sonra Baxşəliyev efirə canlı bağlantı ilə qoşularaq izləyicilərini salamlayıb. O bildirib ki, iki ildir özünü qoruyub və üçüncü doza vaksini vurdurub:

"Bir neçə gün öncə özümdə narahatlıq hiss etdim. Tez Günaya zəng etdim ki, gedirəm evə, siz anamgilə gedin, orada qalın. O gündən tam izolyasiya olundum. Günay uşaqlarla birgə məndən ayrı qalır. Artıq bir neçə gündür ki, onları görüntülü zənglə görə bilirəm. COVİD testim də pozitiv çıxdı. Hər üç doza vaksin olunduğuma görə yüngül keçirdirəm. Həkimlərlə məsləhətləşdik, analizlərə baxdılar, dedilər xəstəxanaya yerləşdirilməyinizə ehtiyac yoxdur. Bu da peyvəndin nəticəsidir. Özümə görə yox, başqalarını yoluxdurmamaq üçün dərhal izolyasiya olundum. Hər gün aktiv həyat tərzi keçirən bir insan kimi evdə oturmaq çətindir. Ailə üzvlərimi, ətrafımdakı insanları qorumaq üçün bunu etməliydim. Onu da qeyd edim ki, omikrona yoluxmamışam, klassik koronavirusdur".

Günay göz yaşı tökərək "Səni insanların duası qorudu",-deyə bildirib. Zaur isə onu təsəlli edərək möhkəm olmasını söyləyib./Olay.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 may 2022, 18:14
Top