“Şəxsi iddiaları naminə Şuşa adından imtina ediblər” — AÇIQLAMA

GÜNDƏM 24 yan 2022, 19:12
“Bu hadisənin baş verməsi həqiqətən çox kədərlidir. Çünki Azərbaycanın qəhrəman oğulları canları, qanları hesabına 28 ildən sonra Şuşa şəhərini Ermənistanın işğalından azad edərək, sadəcə o şəhəri bizə qaytarmamışdılar, həm də şəhərin rəsmi adını bərpa etmişdilər”.

Bu fikirləri Demokrat.az-a  açıqlamasında Əməkdar jurnalist Azər Həsrət Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən "Şuşa” komandasının adınının "Buta” ilə əvəzlənməsinə münasibət bildirərkən deyib. O bildirib ki, biz Şuşanı bütün Azərbaycan xalqının müqəddəs bildiyi məkan hesab edirik:

“Belə bir məkanın adıyla alver etmək, manipulyasiya etmək, kimlərinsə, qarşısında geri çəkilmək əlbəttə ki, məqbul deyil. Heç bir halda güzəştə gediləcək məsələ də deyil, yəni, buna heç cür haqq qazandırmaq olmaz. Bu baxımdan KVN-çilərin “Şuşa” adı altında çıxış edib, sonra hansısa erməninin tələbi ilə o addan imtina etməsi, çox böyük biabırçılıqdır, xaraktersizlikdir, şəxsiyyətsizlikdir. Çünki əgər orada elə bir tələb irəli sürülmüşdüsə, onlar özlərində kişilik tapmalı və o, yarışa tüpürüb, oradan ayrılıb, Azərbaycana alnıaçıq, başıdik, üzüağ dönməli idilər. Amma bunlar nə ediblər? Ermənilərin tələbi ilə “Şuşa” adından imtina ediblər. Düzdür, başqa alternativ də təklif edə bilərdik. Mən onların yerinə olsaydım, Şuşadan imtina tələbi irəli sürülərkən, komandanın adını dəyişib “Xankəndi” qoyardım və onlara göstərərdim ki, nəinki Şuşadan, nəinki Xankəndindən, ümumiyyətlə, bir qarış torpağımızdan və onların adından imtina etmirik, kimsə də bizdən bunu tələb edə bilməz. Təəssüflər olsun ki, onlarda bu cürət, bu cəsarət, bu xarakter çatışmazlığı özünü göstərib. Yəni, onlar qatıldıqları oyunda milli mənafe, milli maraqları arxa plana keçiriblər. Şəxsi iddiaları naminə hətta Şuşa adından belə imtina ediblər”.

A.Həsrət qeyd edib ki, Azərbaycan xalqı bunun dəyərini verməlidir:

“Dəyər də ondan ibarətdir ki, bu klounların hər hansı bir tədbirinə, konsertinə, tamaşasına heç kim getməməlidir. Öhörmət qoyanzə heç bir arbaycanlı bundan sonra bu adamların tamaşalarına getməməlidir. Gedənlər də, elə qoy onlar kimi Şuşadan imtina etmiş sayılsınlar”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top