Şuşada ilk sərnişin avtobusunun qarşılanması baş tutdu — FOTO

QARABAĞ 24 yan 2022, 15:40
Bu gün Bakı-Şuşa reysi ilə hərəkət edən ilk sərnişin avtobusu Şuşa şəhərinə çatıbdır. Saat 13:00 radələrində şəhərə daxil olan və 44 sərnişin gətirən avtobus keçmiş avtovağzal ərazisində qarşılanıb. Qarşılanma mərasimində Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Şuşa Şəhəri Polis Şöbəsinin əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.   

Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov çıxışında qeyd edib ki, Bakı-Şuşa avtobus reysinin açılması şəhər üçün xüsusi əhəmiyyət daşıyır. Cənab Kərimov bildirib ki, Şuşanın azad olunduğu gündən bir ildən bir qədər çox vaxt keçibdir. Bu dövr ərzində cənab Prezident İlham Əliyevin tapşırığı və nəzarəti altında şəhərdə irimiqyaslı bərpa və quruculuq işlərinə başlanmışdır. Bunların sırasında tarixi-mədəni abidələrin bərpası, yeni məktəb, xəstəxana, müasir yaşayış kompleksinin inşasını xüsusi qeyd etmək olar. 

Xüsusi nümayəndənin sözlərinə görə Bakı-Şuşa avtobus reysinin İlk sərnişinləri mədəniyyət paytaxtı elan olunan Şuşa ilə əyani tanış ola biləcək, şəhərin dirçəlməsinin canlı şahidi olacaqlar. O, səfərin təşkil olunmasına görə ölkə rəhbərliyinə və aidiyyəti qurumlara təşəkkür edib.  

Şuşa Şəhər Polis şöbəsinin rəisi Səməd Məhərrəmov sərnişinləri salamlayaraq müvafiq təhlükəsizlik tədbirləri haqqında məlumat vermiş və qonaqlara xoş istirahət arzu etmişdir. 

Qarşılanma mərasimindən sonra ilk sərnişinlər Şuşa qalası, Bülbülün ev-muzeyi, Cıdır düzü kimi tarixi məkanları ziyarət ediblər.  
      
No description available.
No description available.
No description available.
No description available.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top