Karantin müddətinin azaldılması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

SOSİAL 24 yan 2022, 15:08
"Bildiyiniz kimi, dünyada koronavirusun “Omicron” ştammının yayılması halları müşahidə olunur. Bununla əlaqədar, Ümumdünya Səhiyyə Təşkilatı ölkələri xəstəliklə aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırır". 

Bunu Demokrat.az-a TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış deyib.

Onun sözlərinə görə, yeni ştammın spesifik xüsusiyyətləri nəzərə alınaraq test strategiyaları, karantin müddətləri, xəstələrin müşahidə və müalicə metodlarında dəyişikliklər olunur: "Məhz beynəlxalq təcrübə və mövcud elmi araşdırmaların nəticələri nəzərə alınaraq, SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid müddəti ölkəmizdə 24 yanvar 2022-ci ildən  azaldılıb. Bu qərarı  pandemiyanın bitməsi ilə əlaqələndirmək doğru deyil. Və vətəndaşlarımızı müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələrini xahiş edirik".

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top