Sosial

Karantin müddətinin azaldılması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Karantin müddətinin azaldılması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

"Bildiyiniz kimi, dünyada koronavirusun “Omicron” ştammının yayılması halları müşahidə olunur. Bununla əlaqədar, Ümumdünya Səhiyyə Təşkilatı ölkələri xəstəliklə aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırır".

Bunu Demokrat.az-a TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış deyib.

Onun sözlərinə görə, yeni ştammın spesifik xüsusiyyətləri nəzərə alınaraq test strategiyaları, karantin müddətləri, xəstələrin müşahidə və müalicə metodlarında dəyişikliklər olunur: "Məhz beynəlxalq təcrübə və mövcud elmi araşdırmaların nəticələri nəzərə alınaraq, SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid müddəti ölkəmizdə 24 yanvar 2022-ci ildən azaldılıb. Bu qərarı pandemiyanın bitməsi ilə əlaqələndirmək doğru deyil. Və vətəndaşlarımızı müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələrini xahiş edirik".

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az