BƏƏ-də dronlardan istifadə qadağan olundu

DÜNYA 23 yanvar 2022, 19:34

BƏƏ-də həvəskarlara dron uçurmaq qadağan edilib.

Bu qərar Yəmənin şimalında hökmranlıq edən üsyançı “Ənsar Allah” (husilər) hərəkatının bu yaxınlarda dronlar vasitəsilə Əbu-Dabiyə hücumundan sonra verilib.

Qeyd edək ki, sözügedən insident nəticəsində üç nəfər ölüb, altı nəfərsə yaralanıb.

Husilər hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Onlar basqını BƏƏ-nin Yəməndə onlara qarşı hərbi əməliyyatlarda iştirakına cavab adlandırıblar./oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top