32 yaşlı kişi güllələndi

SOSİAL 22 yan 2022, 20:26

Bərdədə güllələnmə hadisəsi baş verib.

Hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb. 1990-cı ilə təvəllüdü Hüseynov İsrafil Hümbət oğlu odlu silahdan atılmış iki güllə yarası alıb.

Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək əməliyyat edilib. Xəstəxanadan əldə edilən məlumata görə yaralının vəziyyəti ağırdır. Hadisənin səbəbi tam olaraq məlum deyil. Faktla bağlı araşdırma başlanıb./apa

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top