Türkiyədə sərnişin avtobusu qəzaya uğradı — 15 yaralı var

REGİON 16 yan 2022, 10:06
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Bu barədə “Haber Global” xəbər yayıb.

Qeyd edilir ki, hadisə Sivasda, Koyulhisar ərazisində baş verib. Belə ki, sərnişin avtobusu yük maşını ilə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 15 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım, xilasedicilər və polis əməkdaşları cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan 4-nün vəziyyəti ağırdır.

Qəzanın qarlı hava şəraitindən baş verdiyi bildirilir.“Report”
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top