"Neftin bahalaşmasına səbəb ABŞ - İran münasibətlərin kəskinləşməsidir" - İlham Şaban

İQTİSADİYYAT 04 okt 2018, 15:11

Dünya bazarında neft bahalaşmaya davam edir. London birjasının “Brend” markalı nefti dekabr fyuçerslərinin qiyməti 1,56 fazi olaraq 86,09 dollara (bir barelin qiyməti) çatıb. Sonuncu dəfə “Brend” markalı neftin qiyməti 86 dollardan yuxarı 2014-cü ilin noyabrın 3-də satılıb. 

 

Neft üzrə ekspert İlham Şaban Moderator.az-a açıqlamasında bildirdi ki, buna səbəb ABŞ və İran arasında baş verən gərginlikdir:

 

“Qiymət artımına səbəb ABŞ və İran arasında son zamanlar münasibətlərin kəskinləşməsidir. Bu da dünya bazarlarına öz mənfi təsirini göstərir. Neftin qiyməti 85,05 həddinə çatandan sonra korreksiya edib, amma yenə də 85 ətrafındadır. Yaxın bir ay ərzində ABŞ tərəfindən daha sərtləşdirilmiş sanksiyaların İrana qarşı ikinci mərhələsi qüvvəyə minəcək. Həm dünya, həm də bazar iştirakçıları gözləyirlər ki, bu necə olacaq. İyunun 4-dən ABŞ İrana qarşı sanksiyalarında israr edir ki, İran dünya bazarına 1 milyon barel neft çıxara bilməz. Ancaq OPEC-nin konfransı ya noyabrın sonunda, ya da dekabrın əvvəlində keçiriləcək. Burda da kvotaları müəyyən etməlidir ki, hansı ölkə bu, bir milyonun qarşılıqlığını nə qədər artırmalıdır. Bunu da 2019-cu il yanvar ayının 1-dən artırmalıdır”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top