Ötən ay 63 milyon manat ipoteka krediti verilib

İQTİSADİYYAT 25 apr 2024, 16:19
Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 115 milyon manat kredit verilib.

Demokrat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% və ya 4 milyon çoxdur.

Cari ilin yanvar-mart aylarında Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 26,8% və ya 25.9 milyon manat azalaraq 70,6 milyon manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında 16.1 milyon manat, fevral ayında 36.1 milyon manat, mart ayında isə 62.8 milyon manat ipoteka kreditləri verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top