"Qaqarin" körpüsü sökülür? — VİDEO

GÜNDƏM 04 may 2024, 22:44

Bakının Xətai rayonunda yerləşən Cavanşir yolötürücüsü sökülə bilər.

2023-cü ildə İngiltərənin "Twi Caspian Sea" şirkətinin Azərbaycandakı filialının və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssislərinin birgə iştirakı ilə Cavanşir yolötürücüsündə müayinə və sınaq işləri yerinə yetirilib.

Bununla yanaşı, 32 ton olan yük avtomobillərindən istifadə etməklə aparılan sınaq zamanı müəyyən edilib ki, yük maşınlarının  hərəkəti zamanı aşırım qurğusundakı əyilmə normadan artıqdır. Bu isə qəza riskini artırır.

Mövzuya münasibət bildirən yol hərəkəti üzrə ekspert Yasin Mustafayev deyir ki, bir vaxtlar körpünün tikintisinə zərurət yaxınlıqda yerləşən limana dəmir yolunun çəkilməsi ilə bağlı olub. Həmin ərazidə liman və dəmir yolu ləğv olunub. İndi isə yolötürücü standartdan kənar olmaqla yanaşı, həm də tıxaca səbəb olur.

Başqa bir məsələ həmin ərazinin ən yüksək standartlara uyğun yenidən qurulması və bu körpünün həmin ərazinin müasir ahənginə xələl gətirməsidir.

Qeyd edək ki, istismar dövründə qurğuda ciddi qüsurlar və deformasiyalar əmələ gəlib. 2018-ci ildə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdindəki  İnstitut yolötürücünün demontaj edilməsini tövsiyə edib.

Xatırladaq ki, "Qaqarin" körpüsü 1967 ci ildə layihələndirilib. Həmin dövrdə körpünün tikintisinə zərurət  yaxınlıqda yerləşən limana və limandan yükləri daşıyan dəmir yolunun çəkilməsi ilə bağlı olub.

Körpü tikilərkən, onun konstruksiyası, oxları həmin dövrdə mövcud olan nəqliyyat axınına hesablanıb. Zaman keçdikcə nəqliyyatın intensivliyinin dəfələrlə artması nəticəsində körpünün konstruksiyasında müəyyən problemlər yaranıb. Problemlərin aradan qaldırılması ilə bağlı 2 dəfə xaricdən dəvət olunmuş ekspertlərin iştirakı ilə baxış keçirilib və yekun qənaət ondan ibarət olub ki, körpü ümumilikdə nəqliyyatın hazırkı intensivliyinə uyğun gəlmir və risklidir. 

Həmçinin, vaxtilə həmin ərazidə mövcud olmuş liman, dəmir yolu  artıq yoxdur. Xatırladaq ki, vaxtilə Böyük Britaniya mediası da həmin dəmir yolunun nə dərəcədə təhlükəli olması ilə bağlı material vermişdi və sonra həmin dəmir yolu söküldü. 

Başqa bir problem körpünün buraxılış qabiliyyətinin məhdudluğudur. Yəqin ki hamı Heydər Əliyev prospekti və yan küçələrdən intensiv nəqliyyat hərəkatının körpü üzərində tıxac yaratdığının şahidi olub. Körpü təkcə tıxaca səbəb olmur, həm də üzərindəki avtomobillər üçün böyük təhlükədir. 

Başqa bir məsələ həmin ərazinin ən yüksək standartlara uyğun yenidən qurulması və bu körpünün həmin ərazinin müasir ahənginə xələl gətirməsidir. 

Hazırkı vəziyyət onu göstərir ki, körpü müasir standarlara, intensivliyə cavab vermir, təhlükə yaradır. Artıq onun götürülməsinə böyük ehtiyac yaranıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 may 2024, 11:45
Top